"Huawei"in əməkdaşlarına işdə yatmağa icazə verilir

11 Mart 2014 - 15:00 | Texnoloji yeniliklər
"Huawei"in əməkdaşlarına işdə yatmağa icazə verilir

"Huawei" şirkətinin əməkdaşları şirkətin əsas şəhərciyi olan Şençjendə nahar fasiləsi zamanı onlar üçün ayrılmış çarpayılarda uzanıb istirahət edə bilərlər. Qalan zamanı isə onlar iş stolunun arxasında keçirirlər. Şirkətin vitse-prezidentinin sözlərinə görə, bu korpusda iş vaxtı saat 8-in yarısından axşam 6-ya kimidir. 

"Computerworld" jurnalının məlumatına istinadən, sahəsi 2 kv km-dən ibarət olan zavodun təxminən 40 min işçisi var. Əməkdaşlar nahar vaxtının 5 dəqiqəsini yemək yeməyə, qalan hissəsini isə yatmağa sərf edirlər. Bəziləri isə bu müddət ərzində stolüstü tennis oynamağa və ya parkda gəzməyə üstünlük verirlər. 

Vitse-prezident, həmçinin əlavə edib ki, qeyri-iş saatlarında əməkdaşları narahat etmək qəbuledilməzdir.