“Bayt” terminini ilk dəfə işlədən alimin doğum günüdür

24 Oktyabr 2016 - 11:04 | Maraqlı məlumatlar
“Bayt” terminini ilk dəfə işlədən alimin doğum günüdür

Bu gün “bayt” bütün insanların, xüsusilə İnternet istifadəçilərinin ən çox istifadə etdiyi terminlərdən biridir. Rəqəmli informasiyanın saxlanması və emal olunması vahidi olan bayt 8 bitə bərabər hesab olunur. Klaviaturadan daxil edilən hər hansı bir simvol kompüterin yaddaşında 1 bayt yer tutur.

Bu termini ilk dəfə 1956-cı ildə amerikalı alim Verner Buxols IBM 7030 Stretch superkompüterinin planlaşdırılması zamanı işlətmişdir. Tranzistor superkompüterlərinin yaradılmasında da iştirak edən alim 1990-cı ildə “IEEE Computer Pioneer Award” (1981-ci ildə təsis edilmiş) mükafatına layiq görülmüşdür.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.