Süni intellektin inkişafı üçün təşkilat yaradılıb

29 Sentyabr 2016 - 12:38 | Maraqlı məlumatlar
Süni intellektin inkişafı üçün təşkilat yaradılıb

Amerikanın tanınmış İT-şirkətləri – “Amazon”, “Google”, “Facebook”, “IBM” və “Microsoft” süni intellektin inkişafı üçün qeyri-kommersiya birliyi yaradıblar.

“Xalq və cəmiyyət naminə süni intellekt üzrə əməkdaşlıq” adlandırılmış yeni təşkilat tədqiqat fəaliyyəti və müxtəlif sahələr üzrə aparılan araşdırmaların nəticələrinin nəşri ilə məşğul olacaq. Tədqiqatlar texnologiyaların davamlılığı, etibarlılığı və etikası problemləri, həmçinin insan və süni intellektin uyğunluğu və qarşılıqlı təsiri ilə bağlı olacaq.

vesti.ru saytının məlumatına əsasən, süni intellekt sahəsində kifayət qədər təcrübəyə malik olmalarına baxmayaraq, “Apple” və “OpenAI” şirkətləri əməkdaşlığa cəlb edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.