Wi-Fi router-in köməyilə insanın emosiyalarını “tanımaq” mümkün olacaq

27 Sentyabr 2016 - 12:00 | Maraqlı məlumatlar
Wi-Fi router-in köməyilə insanın emosiyalarını “tanımaq” mümkün olacaq

Massaçussets Texnologiya İnstitutunun İnformasiya texnologiyaları və süni intellekt laboratoriyasının tədqiqatçılar qrupu radio dalğalarının köməyilə insanın emosional vəziyyətini yüksək dəqiqliklə müəyyən etməyə imkan verən qurğu hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə,“EQ-Radio” adlı sistem ürək döyüntüsü və insanın nəbzi haqqında məlumatlar əsasında emosiyaları tanıyır. Gələcəkdə belə texnologiyanın tətbiqi adi Wi-Fi router-in köməyilə emosiyaları müəyyən etməyə imkan verəcək. Hələ ki, bunun üçün tədqiqatçılar tərəfindən hazırlanmış radar istifadə olunur.

Sınaqların nəticələrinə əsasən, alqoritm radio dalğalarının köməyilə dörd emosiyanı tanımağı öyrənib: sevinc, həzz, qəm və qəzəb. Proqram sınaqda iştirak edənlərin emosiyalarını 87 faiz, kənar insanların emosiyalarını isə 72.3 faiz dəqiqliklə müəyyən edib.

İstehsalçıların bildirdiyinə görə, “EQ-Radio” sistemi “ağıllı” evin qurğuları ilə inteqrasiya oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.