AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın 15 institutu arasında dama, şahmat, stolüstü tennis və futbol üzrə I Spartakiada keçirilir.
Spartakiadada artıq stolüstü tennis üzrə yarışlara yekun vurulub. Fizika İnstitutunda təşkil olunan yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilib. Spartakiadanın nəticələrinə görə, oğlanlar arasında 1-ci yerə AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsilçisi Qurban Qurbanov layiq görülüb. Fizuli Bayramov (Fizika İnstitutu) və Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) müvafiq olaraq, 2 və 3-cü yerləri bölüşüblər.
Qadınlar arasında keçirilən yarışda isə Fizika İnstitutunun təmsilçisi Sevda Qəribova 1-ci, Səidə Məmmədova (Fizika İnstitutu) 2-ci, Lalə Piriyeva (Respublika Seysmoloji Mərkəz) 3-cü yerə sahib olub.
Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.