Zurix Universitetinindən olan bir qrup tədqiqatçı çay qaşığı ölçüsündə nanorobotlar istehsal etmək niyyətindədir. Alimlər bu kiçik robotları göz nahiyəsinə birbaşa inyeksiya etməklə kapilyarlarda gedən qan laxtalanması prosesinin qarşısını alacaq.
seeker.com saytının məlumatına görə, nanotexnologiyanın sürətli inkişafı sayəsində tibb sahəsində mühüm irəliləyişlər gözlənilir. Belə ki, gələcəkdə həkimlər pasiyentlərini nanorobotlar vasitəsilə müayinə edə biləcəklər. Həmin robotlar insan tərəfindən udula və yaxud bədənin hansısa nahiyəsinə inyeksiya edilə bilər. Bu zaman bədəndə gedən prosesləri daha yaxından izləmək mümkün olacaq.
Qeyd edək ki, ötən il Massaçusets Texnologiya Universitetinin alimləri "oriqami" adlı həb ölçüsünə qədər kiçilə bilən nanorobot hazırlayıb. Alimlər süni insan mədəsi və qida borusundan, eləcə də mədə divarını izləyən xarici maqnit qurğusundan istifadə etməklə bir sıra tədqiqatlar aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.