Ağacların hərəkət ritmini öyrənmək üçün lazer skanerindən istifadə olunub

20 Sentyabr 2016 - 15:56 | Maraqlı məlumatlar
Ağacların hərəkət ritmini öyrənmək üçün lazer skanerindən istifadə olunub

Macarıstanın Ekoloji Tədqiqatlar Mərkəzinin bioloqu Andraş Zlinski ağacları gün batımından gün doğumuna qədər lazer şüası ilə skan edərək ağcaqayın budaqlarının gecə aşağı endiyini, gündüz isə yenidən yuxarı qalxdığını aşkar edib.

Наука и жизнь” jurnalının məlumatına görə, ölçmələr müxtəlif problemlərin yaranmaması üçün küləksiz hava şəraitində aparılıb. Tədqiqatçılar Avstriyada hər 10 dəqiqədə 1 ağcaqayın, Finlandiyada isə hər saat 1 ağcaqayın skan ediblər. Hərəkətlərin amplitudu 10 sm-ə çatır.

Bu hadisə gecə bitki hüceyrələrində təzyiqin enməsi zamanı fotosintezin dayanması ilə izah oluna bilər. Gündüz budaqların qalxması ağaclar üçün faydalıdır, çünki bu zaman yarpaqlar daha çox günəş şüası udur və bir-birilərini daha az kölgələyirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.