Rusiyanın Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat məktəbi” və “Yandeks” şirkəti birgə kompüter elmləri fakültəsini təsis ediblər. Əsas məqsəd "Nəzəri və tətbiqi informatika", o cümlədən "Proqram mühəndisliyi" proqramları üzrə mütəxəssislər hazırlamaqdır. Fakültə Ali iqtisadiyyat məktəbində mövcud olan proqram mühəndisliyi ilə tətbiqi riyaziyyat və informatika bölmələrini birləşdirəcək. Onlara yeni - Böyük Verilənlər və informasiya axtarışı departamenti də əlavə ediləcək.
"Yandeks"in baza kafedrası əsasında fəaliyyət göstərəcək fakültənin tədris planını universitetin müəllimləri və "Yandeks"in mütəxəssisləri hazırlayacaq. Tədrisə maşın təlimi, Böyük Verilənlər və kompüter elmlərinin digər istiqamətləri üzrə kurslar da daxil olacaq. Mühazirə və seminarları isə Milli Tədqiqat Universiteti “Ali iqtisadiyyat məktəbi” və "Yandeks" əməkdaşları aparacaqlar.
"Открытые системы" jurnalı