Gartner: Robotlar tərəfindən robotlar hazırlanacaq

08 Sentyabr 2016 - 12:30 | Maraqlı məlumatlar
Gartner: Robotlar tərəfindən robotlar hazırlanacaq

Analitiklərin proqnozuna əsasən, yaxın gələcəkdə insanların həyatını alqoritmlər idarə edəcək.

“Gartner”in texnikanın gələcəyi ilə bağlı verdiyi məlumata görə, bu gün insanların etdiklərinin daha çox hissəsi zamanla alqoritmlərin idarəetməsi altında həyata keçiriləcək ki, buna avtomobillərin və dərmanların dozasının idarə olunması və s. daxildir. Tezliklə qurğular və xidmətlərlə qarşılıqlı təsir proqramlar vasitəsilə deyil, “Apple Siri” və ya “Amazon Echo” kimi rəqəmsal köməkçilər vasitəsilə mümkün olacaq.

Analitiklər şirkətlər tərəfindən satılıb alınacaq böyük ixtisaslaşdırılmış alqoritmlər bazarının meydana çıxacağını proqnozlaşdırırlar. Bu bazarlar sifarişçilərlə qarşılıqlı təsiri və biznesin idarə olunmasını daha da avtomatlaşdıracaqlar.

Avtomobil, robot və dronlar riskə getmək, şəxslərin gizliliyini qorumaq və ya onları “nəzarətə götürməyin” lazım olub-olmadığını müəyyən edən proqramları rəhbər tutaraq yarıavtonom rejimdə hərəkət etməyə başlayacaqlar.  

Sistemlər yeni sistemlər, rəqəmsal agentlər digər agentlər, robotlar isə yeni robotlar hazırlayacaqlar.

Computerworld” jurnalı