“Ağıllı” soyuducu istehsal ediləсək

05 Sentyabr 2016 - 15:52 | Maraqlı məlumatlar
“Ağıllı” soyuducu istehsal ediləсək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

"Microsoft" şirkətinin mütəxəssisləri süni intellektlə təchiz ediləcək "ağıllı" soyuducu hazırlamaq niyyətindədirlər. vistanews.ru saytının məlumatında bildirilir ki, ABŞ korporasiyası və "Liebherr" şirkəti yeni nəsil məişət texnikası üzərində birgə çalışırlar.

Soyuducu dondurucuların daxilində quraşdırılan modul sayəsində internetə qoşulmaq imkanına malikdir. "Microsoft" qutuların növləri və onların tərkibini müəyyənləşdirmək, meyvə və tərəvəzlərin xüsusiyyətlərini fərqləndirmək üçün kompüter görmə imkanlarından istifadə edir. Soyuducu topladığı bütün informasiyanı təhlil etdikdən sonra məhsulların maksimum uzunmüddətli saxlanılmasını təmin edəcək optimal temperatur rejimlərini seçməyə başlayır.

"SmartDeviceBox" soyuducusu daxildə olan məhsulları izləmək üçün kameralar və obyektlərin tanınması texnologiyalarından istifadə edəcək. Bunun nəticəsində "ağıllı" məişət texnikasının sahibi evdən kənarda olanda da şəxsi smartfonu vasitəsilə soyuducunun içində olanlardan xəbərdar ola biləcək. 

İlkin qiyməti hələlik məlum olmayan "ağıllı" soyuducunun rəsmi olaraq ictimaiyyətə nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.