“Tractica” tədqiqat şirkətinin proqnozuna əsasən, ən yaxın illərdə daşınan kameraların dünya bazarı 3 dəfədən çox artacaq. Belə ki, bu qurğuların tədarükünün ötən illə müqayisədə (7,4 milyon ədəd) 2021-ci ildə 24 milyona çatacağı gözlənilir. Həmin vaxt bazarın həcmi 3,4 milyard ABŞ dolları təşkil edəcək.
Mütəxəssislər “ekşn-kamera”larını daşınan kameraların sonrakı tətbiqinə imkan yaradan bazarın ən böyük və əhəmiyyətli seqmenti hesab edirlər. dailycomm.ru saytının məlumatına görə, bu kameralar idmanla məşğul olan zaman və ekstremal şəraitdə çəkiliş üçün istifadə olunur. Həmçinin qeyd edilir ki, daşınan kameralar korporativ sektorda və səhiyyə sferasında ictimai təhlükəsizliyin təminatı məqsədilə tətbiq edilir.
Vendorlara gəlincə, analitiklər qeyd edirlər ki, GoPro ekşn-kameralarının yaradıcısı daşınan kameralar bazarında ən məşhur və uğurlu brenddir. Lakin, ekspertlərin bildirdiyinə görə, son zamanlar bu şirkət Çin istehsalçıları tərəfindən artan rəqabətə görə satış fazilərinin aşağı düşməsindən narahatdırlar. Buna Çinin daşınan kameraların keyfiyyətini artıran və öz məhsulunu daha uyğun qiymətə təklif edən “Xiaomi” şirkətini misal göstərmək olar.
Mütəxəssislərin sözlərinə görə, GoPro-nun zəifləməsi, digər istehsalçılara bazarda öz mövqelərini möhkəmləndirmək şansı yaradacaq.