Akkumulyatorlu çamadan mobil qurğuları enerji ilə dolduracaq

05 Sentyabr 2016 - 09:00 | Maraqlı məlumatlar
Akkumulyatorlu çamadan mobil qurğuları enerji ilə dolduracaq

Baqaj çantaları istehsalçısı “Away” şirkəti səyahət zamanı qurğuları enerji ilə doldurmağa imkan verən akkumulyator və iki “USB” çıxışın quraşdırıldığı çamadan hazırlayıb.

popmech.ru saytının məlumatına görə, “Away Carry-On” adlanan çamadan adi çamadandan fərqlənmir. Belə ki, kənardan kifayət qədər sadə görünən çamadanın korpusu polikarbonatdan düzəldilib, çıxarılan dəstə və dörd təkərlə təchiz edilib. Lakin çamadanın daxilində 10000 milliamper/saat tutumlu akkumulyator yerləşir. Çamadanın yuxarı hissəsində - qapağın altında enerjinin doldurulduğu qurğunun naqilini taxmaq və smartfon və ya planşeti qoşmaq üçün “USB” çıxışı mövcuddur.

Bir çamadan batareyasının enerjisi “iPhone 6s” smartfon modelini beş dəfə enerji ilə tam doldurmaq üçün kifayət edir. Quraşdırılmış akkumulyator isə, öz növbəsində  “Away Carry-On” dəstinə daxil olan qurğu vasitəsilə enerji toplayır.

Çəkisi 3,3 kq təşkil edən çamadanın satış qiyməti 225 dollardır.