3D-qələm plastik butulkadan istifadə etməklə çap edəcək

18 Avqust 2016 - 10:00 | Maraqlı məlumatlar
3D-qələm plastik butulkadan istifadə etməklə çap edəcək

Britaniyalı Deniyel Edvards tərəfindən plastik butulkaları mürəkkəb kimi istifadə edən “Renegade” adlı qələm ixtira edilib.

zele.ru saytının məlumatına görə, dəstə qələmlə yanaşı, plastik butulkaları 3-12 millimetr endə zolaqlara bölən qurğu da daxildir. Doğranmış lentlər qələmin daxilinə yerləşdirilir və orada qızdırılaraq əridilir. Qələmin daxilindəki temperaturu nizamlayaraq 50 dərəcədən 320 Selsi dərəcəyə qədər artırmaq olar.

Qeyd edək ki, 3D-qələmdə konusvari ekstruder tətbiq edilib. Qələmin tətbiqində PET-butulkalarla yanaşı, polilaktid, ABS-plastik, neylon, termoplastik elastomer, HIPS-plastik və digər materiallardan da istifadə etmək mümkündür.