Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

17 Avqust 2016 - 10:39 | Texnoloji yeniliklər
Dünyada kvant sınaqları üçün ilk peyk orbitə buraxılıb

Çin kvant rabitəsi üçün ilk eksperimental peyki orbitə buraxıb.

tass.ru saytının məlumatına görə, dünyada ilk dəfə optik eksperimentlər aparan qədim Çin filosofunun şərəfinə adlandırılmış “Mo-szı” aparatı “Çançjen-2D” raket daşıyıcısının köməyi ilə Qobi səhrasında yerləşən kosmodromdan orbitə çıxarılıb.

Missiyanın əsas məqsədlərindən biri informasiyanın kvant ötürülməsini həyata keçirmək, Çin (Pekin) və Avropa (Vyana) arasında hakerlər üçün tamamilə əlçatmaz olan təhlükəsiz rabitə kanalı yaratmaqdır.

“Layihə dünya miqyasında kvant rabitənin tətbiqi mümkünlüyünü sübut etmək üçün nəzərdə tutulub. Bu, kvant internetin gələcək inkişafı istiqamətində vacib addımdır” – deyə Avstriya fiziki Anton Saylinqer bildirib.