Kardioqram cibinizdə

20 İyul 2016 - 15:25 | Texnoloji yeniliklər
Kardioqram cibinizdə

Rusiyanın “CardioQVARK” şirkətinin mütəxəssisləri smartfonun örtüyündə kardiomonitor hazırlayıblar. “iPhone” ilə birlikdə işləyən qurğu istifadəçiyə istənilən zaman sərbəst şəkildə kardioqram çəkməyə imkan verir. Smartfondakı sensorlara toxunduqdan bir neçə dəqiqə sonra göstəricilər bulud serverinə ötürülür. Həmin məlumatlar pasiyent və həkim üçün həmişə əlçatandır.

Dünyada təxminən 250 milyon insan ürək-damar xəstəliklərindən əziyyət çəkir.  Hər il təxminən 17 milyon insan bu xəstəliklərə görə dünyasını dəyişir ki, onların yalnız 1/4 hissəsi öz xəstəliyindən xəbərdardır. Bu səbəbdən ürək-damar xəstəliklərinin onlayn nəzarəti üçün bu kimi mobil alətlərə ehtiyac vardır. Həmin qurğular kliniki tədqiqatları əvəz etməsə də, vaxta və vasitələrə qənaət edir, ürəkdəki nasazlıqlar barədə pasiyenti və həkimi xəbərdar edir.

“Biz pasiyentə və həkimə ürək ritminin dəyişikliklərini göstərən texnologiyadan istifadə edirik. Açıq interfeys isə konsultasiya üçün ekspertləri dəvət etməyə imkan verir. Kliniki sınaqlar zamanı bu cihazın effektivliyi göstərilib. 1500 insan yoxlanaraq 12 min kardioqram çəkilib. Məqsədimiz həyat keyfiyyətini yaxşılaşdırmaq və insanların ölüm faizini azaltmaq, həmçinin “mHealth” (mobil səhiyyə) bazarında yer tutmaqdır”, – deyə şirkətin direktor müavini Serqey Sadovski bildirib.

Наука и жизнь” jurnalı