Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanlar 2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqına arayış təqdim etməlidirlər).
- 3x4 ölçüsündə 4 ədəd foto şəkil.
Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.
Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın əsas binası, otaq 141.
Tel: (+994 12) 539 30 60
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.