Böyük Britaniyalı xaker Federal Ehtiyatlar Sisteminin sındırılmasında ittiham olunur

28 Fevral 2014 - 11:00 | Texnoloji yeniliklər
Böyük Britaniyalı xaker Federal Ehtiyatlar Sisteminin sındırılmasında ittiham olunur

ABŞ ölkənin Federal Ehtiyatlar Sistemi serverlərinin sındırılması və orada saxlanılan şəxsi məlumatların oğurlanmasında Britaniyalı hakeri günahlandırır. 

digit.ru saytının məlumatına görə, şübhəli bilinən 28 yaşlı Lori lav (Lauri Love) ötən ilin oktyabr ayında Pentaqon, Federal Tədqiqatlar Bürosu, NASA və digər müəssisələrin kompüter sistemlərini sındırdığına görə həbs olunmuşdu. Onun cinayət ortaqları Avstraliya və İsveçdən olan hakerlər idi. 

"Bi-bi-si"dən bildiriblər ki, cinayət sübuta yetirilərsə, hakeri 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Böyük Britaniyada artıq Lavın ekstradisiyasına qarşı kampaniya başlayıb.