Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16 İyun 2016 - 14:00 | Maraqlı məlumatlar
Dünyada internetə qoşulan qurğuların sayı 8 milyardı ötüb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“IHS” analitik şirkətinin hesabatına əsasən, dünyada internetə qoşulan qurğuların (smartfon, planşet, fərdi kompüter, televizor, TV və audio qurğular) sayı 8,1 milyard təşkil edib. Bu göstəriciləri nəzərə alan ekspertlərin hesablamalarına görə, dünyada hər evə orta hesabla dörd internetə qoşulmuş qurğu düşür.

Hesabatda qeyd olunur ki, smartfonlar sayəsində internetə qoşulan qurğular bazarına hər il təxminən yarım milyard yeni qurğu əlavə olunur. Həmçinin planşet və TV qurğularının sayında artım olsa da, ən yüksək artım smartfonlarda müşahidə olunur.

Analitiklərin qiymətləndirməsinə əsasən, 2016-cı ildə smartfonların satış həcmi 7 faiz artaraq 1,5 milyarda çatacaq.

Müqayisə üçün qeyd edək ki, smartfon sahəsində ən yüksək artım göstəricisi artımın 73 faizə bərabər olduğu 2010-cu ildə qeydə alınıb. 2015-ci ildə artım 14,4 faiz təşkil edib.

2020-ci ildə bazarın həcminin 1,9 milyard qurğuya çatacağı gözlənilir.

DailyComm.ru