Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.
“.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 22 minə yaxınlaşıb. Domen adların böyük əksəriyyəti (20496) “.az”ın payına düşür. Həmçinin 838 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.
Sonrakı yerlər aşağıdakı kimidir:
1. “.pro.az” 1
2. “.name.az”-6
3. “.biz.az”-16
4. “.info.az”-41
5. “.co.az”-54
6. “.pp.az”-35
7. “.int.az”-41
8. “.net.az”-67
9. “.org.az”-118
10. “.edu.az”-186
“.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
ictnews.az