"KS Mobile"in sifarişi üzrə keçirilmiş tədqiqata əsasən, ABŞ-da qadınlar "Apple", kişilər isə "Samsung" şirkətinin mobil məhsullarına üstünlük verirlər.
ictnews.az elektron xəbər xidmətinin verdiyi məlumata görə, sorğuda iştirak edən amerikalıların 45 faizi bu fikirdədir ki, "Apple" onların sevimli mobil məhsul istehsalçısıdır. "iPhone" istehsalçısı ABŞ-da sorğunun keçirildiyi hər bir regionda qələbə qazanıb.
40-49 yaşlı respondentlər istisna olaraq, "Samsung"un məhsullarına üstünlük veriblər.
Amerikalıların 33 faizi mobil qurğuların sevimli istehsalçısı kimi "Samsung" şirkətini qeyd ediblər. Ümumi reytinqdə ABŞ sakinlərinin sevimli brendi "Apple" (39%) olub. İkinci yerdə isə "Samsung" qərarlaşıb.
Respondentlərin 25 faizi deyib ki, onların üstünlük verdiyi mobil brend yoxdur.