"Google" ilə "Yandex" arasında müqavilə imzalandı

26 Fevral 2014 - 09:50 | Texnoloji yeniliklər
"Google" ilə "Yandex" arasında müqavilə imzalandı

Dünyanın ən böyük axtarış sistemi olan "Google" Rusiyanın ən böyük axtarış sistemi olan "Yandex" ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, bu iki İnternet-resurs reklam sferasında əməkdaşlıq edəcək və ticarət sistemlərinə qoşularaq hər iki şirkətin banner reklamlarını göstərəcəklər. 

pitbit.ru saytının məlumatına görə, yeni razılaşma hər iki axtarış sisteminin, xüsusilə Yandex-in şöhrətini reklamçıların gözündə yüksəldərək, onlara daha əlverişli reklam müqavilələri imzalamağa imkan verəcək. 

Yandeks şirkətinin texniki satış bölməsinin rəhbəri Nikolay Danilov Google ilə sazişin bağlanması haqqında fikirlərini bölüşüb: "Reklam sistemlərinin inteqrasiyası sözsüz ki, İnternet-reklam bazarının inkişafı üçün stimul olacaq. Biz gözləyirik ki, bu əməkdaşlıq media reklamları sahəsində inkişafa və keyfiyyət artımına səbəb olsun".