Dünyasını dəyişmiş insanların yaddaşından istifadə etmək mümkün olacaq

16 May 2016 - 12:00 | Maraqlı məlumatlar
Dünyasını dəyişmiş insanların yaddaşından istifadə etmək mümkün olacaq

Çinin “Huawei” şirkəti insanların yaddaşının saxlanılması üçün data mərkəzi potensial müştərilərin ixtiyarına verməyi planlaşdırır. Belə ki, həmin yaddaşdan insanların ölümündən sonra da istifadə etmək mümkün olacaq.

Hər bir insanın beynində müəyyən informasiya cəmlənmişdir ki, onu köçürmək, ötürmək və saxlamaq mümkündür. Milyonlarla insanın yaddaşının saxlanılması üçün isə böyük həcmli yaddaşa malik qurğular və yüksək hesablama gücü lazım olacaq.

“Aclıq, yoxsulluq, ölümcül xəstəliklər 20 ildən sonra problem olmayacaq. Lakin informasiyanın fiziki dünyadan rəqəmsal dünyaya ötürülməsi zamanı yüksək hesablama gücünə ehtiyac yaranacaq”, – deyə ideyanın müəllifi və şirkətin rəhbəri Kevin Xo bildirib.

İnsanların yaddaşının saxlanılması xidməti sayəsində yaxın gələcəkdə ismarıcların mübadiləsi üçün proqramdan istifadə etməklə uşaq mərhum babası ilə “danışa” biləcək.

Qeyd edək ki, bu qeyri-adi xidmətin ödənişli olması nəzərdə tutulur.

techcult.ru