“Facebook” sosial şəbəkəsinin 19 milyard ABŞ dollarına satın aldığı WhatsApp messenceri səsli rabitə xidmətini istifadəçilərin ixtiyarına verəcək. cybersecurity.ru saytının məlumatına görə, bu haqda Barselonada keçirilən Mobile World Congress sərgisində WhatsApp-ın təsisçisi və baş direktoru Yan Kum bildirib. Hazırda messencer yalnız mətn yazmaq, foto, video və audio mübadiləyə imkan verir, bu ilin ikinci rübündən etibarən isə artıq zənglər etmək də mümkün olacaq.
Baş direktorun sözlərinə görə, zəng etmək imkanı əvvəlcə Android və iPhone platformalarında, sonra isə Windows Phone qurğularında и BlackBerry-nin bəzi modellərində əlyetərli olacaq.
Məlumatlarla ani mübadilə servisi olan WhatsApp-dan dünyanın 100-dən artıq ölkəsində istifadə olunur. Proqram iOS, Android, BlackBerry, Symbian, Windows Phone platformalarında işləyən qurğularda və Nokia S40 proqram platformasında quraşdırılır.
WhatsApp proqramından hər ay orta hesabla 465 milyonadək mobil platforma sahibi istifadə edir, bu xidmət pulsuz SMS həvəskarları arasında olduqca populyardır.