Sualtı robot-ilan yaradılıb

20 Aprel 2016 - 17:00 | Texnoloji yeniliklər
Sualtı robot-ilan yaradılıb

Norveçin “Kongsberg Maritime” şirkəti suyun altında üzən ilan formasında hazırlanmış robotunu təqdim edib. Yeni robot dəniz inspeksiyası və avadanlıqların təmiri üçün nəzərdə tutulub.

“Eelume” adlı robotun hazırlanmasına 10 il vaxt sərf olunub. Robotun suyun altında tədqiqat aparan böyükölçülü və bahalı aparatları əvəz etməsi planlaşdırılır.

hi-tech.mail.ru saytının məlumatına görə, elastiklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində robot çətinliklə gedilə bilən obyektlərə tərəf üzə bilir. “Eelume” pult vasitəsilə məsafədən idarə olunur.

Əsasən ərazinin monitorinqi üçün yaradılmış robot bəzi sahələri işıqlandıra, gördüklərini videoya yaza və avadanlığı zədələnmə baxımından tədqiq edə bilir.