Ölkədə idmanın sürətlə inkişaf etdiyi bir zamanda müxtəlif elmi müəssisələrdə bu sahəyə xüsusi diqqət göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasında da əməkdaşların elmi-ictimai, mədəni-kütləvi fəaliyyətini dəstəkləyən, eyni zamanda onların hərtərəfli inkişafını hədəfləyən ənənəvi layihələr reallaşdırılır. AMEA-da keçiriləcək tennis, dama və şahmat idman növləri üzrə institutlararası spartakiada da bu qəbildəndir.
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları arasında dama və şahmat idman növləri üzrə seçim turu keçirildi. Hər idman növü üzrə qadın və kişi iştirakçılardan hər biri 2 nəfər olmaqla, cəmi 4 nəfər qalib gəldi.
Qaliblər institutlararası spartakiadada 1-ci yer uğrunda mübarizəyə qoşulacaqlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.