Dünyada ən böyük ölçüyə malik planşet kompüteri satışa çıxarılıb

31 Mart 2016 - 09:00 | Maraqlı məlumatlar
Dünyada ən böyük ölçüyə malik planşet kompüteri satışa çıxarılıb

“Microsoft” şirkəti 2015-ci ilin iyun ayında təqdim etdiyi 84 düymlük “Surface Hub” planşet kompüterini satışa çıxarıb. Hazırda istənilən şəxs “Surface Hub” planşetini satın ala bilər.

“Windows 10” sistemi  ilə işləyən planşet iki versiyada əlçatandır: “1080p” təsvir ölçülü 55 düymlük modelin qiyməti 8999 dollar, 84 düymlük “4K” təsvir ölçülü “Hub” qurğusunun qiyməti isə 21999 dollar təşkil edir.

ilenta.com