Suyun altında uzun müddət qala bilən dron hazırlanıb

29 Mart 2016 - 16:33 | Texnoloji yeniliklər
Suyun altında uzun müddət qala bilən dron hazırlanıb

ABŞ-ın Con Hopkins Universitetinin alimləri uzun müddət suyun altında qalan və tapşırığın yerinə yetirilməsi üçün siqnal gözləyən ilk pilotsuz uçuş aparatı hazırlayıblar. “CRACUNS” adlı kvadrokopter 3D-printer vasitəsilə çap edilmiş detallardan yığılıb ki, bu da onun hazırlanma xərclərini minimuma endirib.

naked-science.ru saytının məlumatına görə, yeni pilotsuz uçuş aparatının prototipi suyun altında 2 ay keçirdikdən sonra işlək vəziyyətdə qalıb və suyun altından qalxaraq havaya uçub. Mühəndislər korroziyaya uğrayan ağır və bahalı metal detalların istifadəsindən imtina edərək dronu 3D-printer vasitəsilə çap edilən və mexanizmləri sudan qoruyan detallardan hazırlayıblar.

Yeni dron müxtəlif tədqiqatlar və hərbi əməliyyatlar zamanı istifadə oluna bilər.