Dissertasiya Şurasının növbəti iclası keçirildi

21 Fevral 2014 - 14:00 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi. 

Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi. 

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Nigar İsmayılovanın “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarınn tədqiqi və tanıma sistemlərində tətbiqi” və Seyidhüseyn Hüseyninijadgazaninin “Simsiz ad hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmin işlənilməsi” mövzularında dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq olundu. 

İddiaçı N.İsmayılovanın dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru Ramiz Alquliyev və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, S.Hüseyninijadgazaninin dissertasiya işi üzrə isə texnika elmləri doktoru Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov təyin olundular.