Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28 Mart 2016 - 10:08 | Texnoloji yeniliklər
Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

Madrid Politexnik Universitetinin tədqiqatçıları və “Ilia Sistemas” şirkətinin mütəxəssislərinin birgə hazırladığı biometrik texnologiya insanı bədən qoxusuna görə tanımağa imkan verir.

osp.ru saytının məlumatına görə, qoxunun xarakteri müxtəlif xəstəliklər və ya qida rasionundakı dəyişikliklərlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Lakin ispan alimləri tərəfindən aparılmış tədqiqat nəticəsində məlum olub ki, bədən qoxusunun müəyyən hissəsi uzun müddət dəyişməz qalır və bunun sayəsində insanın 85 faiz dəqiqliklə tanınması mümkün olur.

İstehsalçıların fikrincə, identifikasiyanın etibarlığının artırılması üçün bədən qoxusunun analizinə əsaslanan biometriyanı insan sifətinin tanınması ilə birgə tətbiq etmək olar.