“Samsung” şirkəti tərəfindən hazırlanmış 15,36 TB tutuma malik “SSD” daşıyıcı təqdim olunub. Yeni “Samsung PM1633a” modeli data mərkəzlərdə məlumatların saxlanılması sistemlərinə quraşdırılma üçün nəzərdə tutulub.
cnews.ru saytının məlumatına əsasən, qurğu “V-NAND” texnologiyası üzrə hazırlanmış 512 ədəd fləş yaddaş çipindən yığılıb. Hər bir çipin tutumu 32 GB təşkil edir. “Samsung” şirkəti 2015-ci ilin avqustunda bu kimi mikrosxemlərin kütləvi istehsalına başlayıb.
“Samsung PM1633a” məlumatların ötürülməsi sürəti 12 Gbit/s təşkil edən “Serial Attached SCSI” (SAS) interfeysi ilə təchiz edilib. İstehsalçılar iddia edir ki, bu qurğu sərt diskdən 1000 dəfə daha sürətli işləyir.
Bundan əlavə, “Samsung”un daşıyıcılar seriyasına 7,68 TB, 3,84 TB, 1,92 TB, 960 GB və 480 GB tutumlu qurğular daxildir. Onların 2016-cı ildə satışa çıxarılacağı gözlənilir.