ABŞ-ın Denver şəhərində yaşayan 51 yaşlı Ceymi Karlinin süni göz implantasiyası üzrə keçirdiyi 5 saatlıq əməliyyat uğurla nəticələnib.
Gözün torlu qişasına quraşdırılmış mikroçip, eləcə də daxili kamera və ötürücü aparata malik xüsusi eynək sayəsində Ceymi işıq və qaranlığı ayırd edə, əşyaların cizgilərini görə bilir.
hi-news.ru saytının məlumatına görə, 26 yaşında kor olan Ceymi nadir irsi degenerativ xəstəlikdən əziyyət çəkir.
Həkim Nareş Mandava bildirib ki, növbəti bir neçə ay ərzində Karlinin beyni mikroçipdən alınan vizual siqnalları daha yaxşı tanımağı və interpretasiya etməyi öyrənəcək ki, bu da pasiyentin görmə qabiliyyətinin və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan yaradacaq.
Qeyd edək ki, xüsusi eynək, mikroçip və əməliyyatın birgə dəyəri 150 min dollar təşkil edib.