Məlumatları milyard illərlə saxlamaq mümkün olacaq

23 Fevral 2016 - 10:00 | Texnoloji yeniliklər
Məlumatları milyard illərlə saxlamaq mümkün olacaq

Böyük Britaniyanın Sauthempton Universitetinin Optik Tədqiqat Mərkəzinin tədqiqatçıları məlumatları beş ölçüdə yazmağa və milyard illərlə saxlamağa imkan verən texnologiya hazırlayıblar.

Məlumatları 13,8 milyard ilədək saxlaya bilən daşıyıcı 360 terabayt yaddaşa malikdir və 1000 dərəcə temperaturda belə zədələnmir.

Sauthempton tədqiqatçıları oxşar texnologiyanı ilk dəfə 2013-cü ildə təqdim ediblər. Lakin o zaman onlar diskə yalnız 300 kilobayt ölçülü fayl yerləşdirə bilmişdilər. Tədqiqatçılar 3 il sonra texnikanı əhəmiyyətli dərəcədə təkmilləşdirərək diskə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, Nyutonun “Optika” əsərini və Bibliyanı yazmağa müvəffəq oldular.

“Biz gələcək nəsillər üçün sənədlərin və informasiyanın saxlanılması üçün texnologiya yaratdıq. Bu texnologiya bizim sivilizasiyamızın mövcudluğunun son şəhadətnaməsi olacaq” – deyə professor Piter Kazanski bildirib.

hi-news.ru