3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib

10 Fevral 2016 - 12:28 | Texnoloji yeniliklər
3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib

Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin rezidenti (iştirakçı şirkət) tərəfindən hazırlanmış 3D bioprinterdə işlək orqan çap edilib. Bu haqda “Skolkovo” Fondunun vitse-prezidenti Kiril Kaem məlumat verib.

interfax.ru saytının məlumatına görə, 3D bioprinterdə sümük, sinirlər və orqanları çap etmək mümkündür. Dünyada ilk dəfə qalxanvari vəz çap edilərək siçanın bədəninə köçürülüb. Transplantasiyadan sonra qalxanvari vəz normal işləyir və hormon ifraz edir.

Fondun vitse-prezidenti bildirib ki, şirkət bioprinterlərin başqa laboratoriyalara satışına başlayıb. Həmçinin digər orqanların (məsələn, böyrək və qaraciyər) çap edilməsi də planlaşdırılır.

Kiril Kaemin sözlərinə görə, insan üçün işlək orqanların bioprinter vasitəsilə çap edilməsinə 15 ildən çox vaxt sərf olunacaq.