Məsafədən insanın ürək ritmini qeydə almaq mümkündür

26 Yanvar 2016 - 14:00 | Maraqlı məlumatlar
Məsafədən insanın ürək ritmini qeydə almaq mümkündür

“Panasonic” şirkəti Kioto Universiteti ilə birgə xəstələrin ürək ritmini təmassız metodla qeydə almağa imkan verən qurğu yaradıb.

İstehsalçıların sözlərinə görə, yeni texnologiya standart elektrokardioqramı əvəz edə bilər.

panasonic.ru saytının məlumatına əsasən, yeni metodun əsas özəlliyi ondan ibarətdir ki, bu prosesi məsafədən həyata keçirmək mümkündür.

Bu sistem gündəlik işlərlə məşğul olan insan üzərində “müşahidə” apararaq müxtəlif vəziyyətlərdə orqanizmin reaksiyasını qeydə alacaq ki, bu da fərdi müalicə sxeminin seçimində kömək edə bilər.

Qurğunun prototipinin uzunluğu təxminən 50 sm təşkil edir. Gələcəkdə istehsalçılar onun ölçüsünü azaltmağı planlaşdırır.