“20 ildən sonra avtomobillər sürücüsüz idarə olunacaq”

25 Yanvar 2016 - 11:00 | Maraqlı məlumatlar
“20 ildən sonra avtomobillər sürücüsüz idarə olunacaq”

“Apple”ın həmtəsisçisi və “Fusion-IO” şirkətinin elmi rəhbəri Stiv Voznyak dünyanın ən önəmli İT konfranslarından olan “Gartner Symposium/ITxpo”da çıxışı zamanı 20 ildən sonra avtomobillərin sürücüsüz idarə olunacağını bildirib.

Voznyakın proqnozuna əsasən, yaxın gələcəkdə hər kəs özünüidarə sisteminə malik avtomobilə sahib olacaq. Beləliklə, daha az yol-nəqliyyat hadisəsi baş verəcək ki, bu da sığorta şirkətləri üçün çətinlik yaradacaq. Lakin bu zaman həmin şirkətlər kompüterlərdə özünüidarə sisteminin “sındırılması”ndan gəlir əldə edə biləcəklər.

Onun fikrincə, dronların intellektinin təkmilləşdirilməsi sifarişlərin pilotsuz təyyarələrlə hava vasitəsilə çatdırılması sistemlərinin geniş tətbiqinə imkan yaradacaq.

osp.ru