Saniyədə 1 kvadrilyon əməliyyat yerinə yetirə bilən superkompüter yaradılır

25 Yanvar 2016 - 12:00 | Maraqlı məlumatlar
Saniyədə 1 kvadrilyon əməliyyat yerinə yetirə bilən superkompüter yaradılır

2016-cı ildə Çin 1000 petaflops (saniyədə 1 kvadrilyon əməliyyat) məhsuldarlığa malik yeni superkompüter yaratmağı planlaşdırır.

belta.by saytının məlumatına görə, yeni nəsil superkompüterin yaradılması zərurəti dünyanın ən güclü superkompüterlərindən biri sayılan “Tyanhe-1”in tam yüklənmə ilə işləməyə başlamasından sonra yaranıb. Çinin ilk superkompüteri hər gün 1000 müştəriyə xidmət göstərir.

Milli Superkompüter Mərkəzinin rəhbəri Lyu Quanmin bildirib ki, yeni superkompüter yalnız Çinin öz gücü hesabına reallaşacaq.