İstənilən orqanın vəziyyətini müayinə edən sensor hazırlanıb

21 Yanvar 2016 - 11:00 | Texnoloji yeniliklər
İstənilən orqanın vəziyyətini müayinə edən sensor hazırlanıb

ABŞ-ın Vaşinqton və İllinois universitetlərinin əməkdaşları beyinə implantasiya edilən çoxfunksiyalı simsiz sensor hazırlayıblar.

hitech.newsru.com saytının məlumatına görə, yeni sensor zərurət yarandıqda kəllədaxili təzyiq, temperatur, turşuluq dərəcəsi və s. daxil olmaqla, müxtəlif parametrlərin monitorinqini aparmağa imkan verir.

Beyində müəyyən müddətdən sonra cərrahi müdaxilə tələb etmədən əriyən sensor böyükölçülü naqilli sensorlardan fərqli olaraq infeksiya keçirmir və mənfi təsirlər yaratmır.

Alimlərin sözlərinə görə, sensor istənilən orqanın vəziyyətinin müayinəsində istifadə edilə bilər. Yeni texnologiya yaxın gələcəkdə insanlar üzərində sınaqdan keçiriləcək.