Hesablama resurslarının gücü və məhsuldarlığı kifayət qədər olmadığından, 1943-cü ilin əvvəllərində kibernetiklər yeni hesablama qurğusunun konsepsiyasını – ENIAC I kompüterini hazırlamağa başladılar. Beləliklə, 14 fevral tarixə kompüter sahəsində fəaliyyət göstərən mütəxəssislərin peşə bayramı kimi düşdü
14 fevral bütün dünyada kompüter mütəxəssislərinin qeyri-rəsmi peşə bayramıdır. 1946-cı ilin məhz bu günü elm dünyasına ilk ENIAC (Electrical Numerical Integrator And Calculator) elektron kompüteri nümayiş etdirilmişdi.
Buna qədərki kompüterlər yalnız prototiplər və eksperimental variantlar idisə, ENIAC praktiki olaraq ilk real işləyən kompüter oldu.
Bu hesablama maşınının hazırlanması Amerika ordusu tərəfindən maliyələşdirilmişdi. Kompüter orduya hərbi hesablamalar, planlaşdırma və proqramlaşdırmanın həyata keçirilməsi üçün lazım idi. 2 oktyabr 1955-ci ildə ENIAC I 23 saat 45 dəqiqə işlədikdən sonra fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Rusiyada informasiya texnologiyaları sahəsində çalışan insanların rəsmi peşə bayramı isə proqramçılar günüdür.