Onlayn-KİV-in monitorinqi sistemi testdən keçirilir

06 Yanvar 2016 - 15:43 | Maraqlı məlumatlar
Onlayn-KİV-in monitorinqi sistemi testdən keçirilir

Rusiyanın 19 regionunda bütün İnternet-nəşrlərin kontentini avtomatik olaraq toplayan və analiz edən sistem sınaqdan keçirilir. Məqsəd – onlayn-KİV-də qanuna zidd olan materialların aşkar edilməsidir.

KİV-ə yeni nəzarət sisteminin iş prinsipləri haqqında “Известия” qəzetinə Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Jarov danışıb. Onun sözlərinə görə, nəzarət test rejimində həyata keçirilsə də, cari ilin sonunadək layihə tamam hazır olacaq və bütün ölkəni əhatə edəcək. Təkcə redaksiya materialları deyil, həm də onlara edilən şərhlər, multimedia materiallarının mətnləri də izlənilir. Qeyd edək ki, Federal Xidmət qeyri-qanuni nəşrlərlə bağlı 2 və daha çox müddət ərzində xəbərdarlıq alan KİV-in lisenziyasının məhkəmə vasitəsilə geri alınmasını tələb etmək hüququna malikdir.  

A.Jarov qeyd edib ki, hazırda aşkar olunmuş pozuntuların sayı ən azı 2 dəfə artıb. Lakin monitorinq sistemi hələ ki, yeni olduğu üçün məmurlar KİV-i qanun pozuntularına görə cəzalandırmağa tələsmirlər, yol verilmiş xətaları aradan qaldırmağı tövsiyə edirlər. “Fikrimcə, bu, Rusiya ərazisindəki bütün KİV-in keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq”.  

“KİV haqqında” Qanunun 4-cü maddəsinə əsasən, terrorçuluq fəaliyyətinin həyata keçirilməsinə çağırış edən və ya terrorizmə haqq qazandıran materiallar, digər ekstremist materialları, həmçinin pornoqrafiya, təcavüzkarlıq və qəddarlığı təbliğ edən materiallar və senzura tələblərinə zidd olan sözlər qanunsuz hesab olunur. Bundan əlavə, narkotik maddələr, onların istehsalı, istifadə üsulları və əldə olunması haqqında informasiya, həmçinin qəbulunun təbliği qadağan olunub.

hitech.vesti.ru