“Mariya Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə adlandırılmışdır.
Proqram 2014-2020-ci illəri əhatə edir və büdcəsi 6.612 milyon avro təşkil edir. Mariya Küri doktorantlar üçün əsas proqramlardan biri olub, təqribən 25000 doktorantı maliyyələşdirən və karyerasının hər hansı bir mərhələsində olan alimlər üçün qrantlar təqdim edən proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə təcrübə qazanır, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edirlər.
Hər bir doktorantın xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində hər hansı universitetdə təhsil alan doktorantların bütün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir.
“Mariya Küri” proqramı
Proqrama kimlər müraciət edə bilər?
Elmi-tədqiqat müəssisələri, universitet, şirkət və qeyri-hökumət təşkilatları, dokrorant və alimlər proqrama müraciət edə bilərlər. Proqramda həmçinin azərbaycanlı alim və doktorantlar da iştirak etmək hüququna malikdirlər.
28 Avropa İttifaqı ölkələri və 12 tərəfdaş ölkə arasında mobillik imkanlarına malik olan bu proqram bütün doktorantlar üçün aşağıdakı fəaliyyət növlərini irəli sürür.
Proqram üzrə 4 fəaliyyət növü vardır:
Bu fəaliyyət növlərinin hər biri üzrə elanlar mövcuddur. Növbəti elan “Marie Curie Innovation Traning Network” fəaliyyət növü üzrədir və 14 oktyabr 2015-ci ildən açıq elan olunub, son müraciət tarixi isə 12 yanvar 2016-ci ilədəkdir.
Proqram haqqında daha ətraflı məlumatı Avropa Komissiyasının www.ec.europa.eu saytından əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.