AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə REA-nın İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

16 Dekabr 2015 - 15:00 | Mühüm hadisələr
AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə REA-nın İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun direktoru, akademik Aleksandr Kuleşov tərəfindən hər iki elmi qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Məqsəd tərəflər arasında birgə elmi araşdırmaların aparılması, layihələrin həyata keçirilməsi, elmi kadr hazırlığının təşkili, birgə konfrans, treninq və digər tədbirlərin görülməsi istiqamətində əməkdaşlıq etməkdir.

Sənəddə böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllinə imkan verən superkompüterlər, həmçinin superkompüterlərdə verilənlərin təhlükəsiz emalı üzrə təcrübə mübadiləsinin aparılması, AzScienceNet elm kompüter şəbəkəsinin “Beynəlxalq Desktop Qrid Federasiyası”na (International Desktop Grid Federation) qoşulması, Cloud və Grid texnologiyaları istiqamətində əməkdaşlıq, kitabxana xidmətlərindən qarşılıqlı istifadə nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.