Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılıb

01 Dekabr 2015 - 15:00 | Maraqlı məlumatlar
Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılıb

“IKEA” şirkətinin "ağıllı" masa konsepsiyası inqrediyentləri “tanıyaraq” reseptləri stolun səthinə proyeksiya edə bilir. Bu layihə İsveçin “IKEA” şirkətinin mühəndisi tərəfindən patentləşdirilib. Sözügedən masa üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra onları “tanıyaraq” internetdə müvafiq kulinariya reseptləri axtarır. Reseptlər birbaşa masanın səthinə proyeksiya edilir.

vestifinance.ru saytının məlumatına görə, “ağıllı” masanın kütləvi istehsal edildikdən sonra qiymətinin münasib olacağı bildirilir.