Yeni texnologiya sayəsində smartfonlar enerji ilə 10 dəfə tez doldurulacaq

16 Noyabr 2015 - 10:00 | Texnoloji yeniliklər
Yeni texnologiya sayəsində smartfonlar enerji ilə 10 dəfə tez doldurulacaq

Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi smartfonun enerji ilə doldurulma prosesini batareyanın istismar müddətinə ziyan vurmadan sürətləndirməyə imkan verən texnologiya hazırlayıb.

Yeni məhsul Yaponiyada keçirilən akkumulyator texnologiyaları üzrə simpoziumda “Huawei” şirkətinin “Watt Lab” Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təqdim olunub. Texnologiya xüsusi enerji doldurma qurğusu və 620 vatt gücündə litium-ion batareyadan istifadəni nəzərdə tutur.

Şirkət nümayəndələrinin fikrincə, yeni texnologiya smartfon və noutbuklar, eləcə də elektromobillərin enerji ilə doldurulmasında inqilabi yeniliyə səbəb olacaq.

vesti.ru