Niderlandın “The Hague” şirkəti professional fərdi kompüter və ya noutbukların bütün funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğunu satışa çıxaracaq. “Ockel Sirius B” adlanan mini-kompüter “Intel” bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün “Indiegogo” saytında vəsait toplamaqla məşğuldurlar. Mini-kompüterin “Windows 10” sistemli versiyasının qiyməti 169 dollar təşkil edir.
macdigger.ru saytının məlumatına görə, “Ockel Sirius B” qurğusunun ölçüləri “iPhone 6s” və “Galaxy S6” smartfon modellərinin ölçülərinə yaxın olmaqla 123x79x11 mm-ə bərabərdir. Onun çəkisi 120 qram təşkil edir ki, bu da qeyd olunan smartfonların çəkisindən təxminən 20 qram azdır. Kompüter 1 “HDMI” çıxışı, 2 “USB” portu, mikrofon və qulaqcıq üçün çıxış və “microSD” kartı üçün çıxışla təchiz edilib. Proqram təminatına həmçinin “Atom Bay Trail” prosessoru və “Intel HD Graphics” video kartı daxildir. Daxili yaddaşın tutumu 32 giqabaytdır. Qurğu ikizolaqlı “802.11 a/b/g/n Wi-Fi” və “Bluetooth 4.0” texnologiyalarını dəstəkləyir.