Məhsulların çatdırılması ilə məşğul olan robotlar hazırlanır

03 Noyabr 2015 - 12:20 | Texnoloji yeniliklər
Məhsulların çatdırılması ilə məşğul olan robotlar hazırlanır

“Skype” şirkətinin təsisçiləri “Starship Technologies” startapı çərçivəsində məhsulların çatdırılması ilə məşğul olan təkərli robotlar layihəsini istifadəyə veriblər.

gazeta.ru saytının məlumatına görə, robotların malları çatdıracağı maksimal məsafə 5 km təşkil edəcək. Onlar 6,5 km/saat sürətlə hərəkət edərək işıqforun siqnalına reaksiya verəcək və müxtəlif maneələri dəf edəcəklər. Kütləsi 18 kq-dək olan yükləri daşıya biləcək robotlar təyinat yerinə çatdıqda sifariş edən şəxs mobil proqramın köməyilə yük bölməsini açacaq və sifariş etdiyi məhsulu götürə biləcək. Yükün 5-30 dəqiqə ərzində çatdırılması nəzərdə tutulur.

Şirkət nümayəndələrinin fikrincə, yeni robotlardan istifadə məhsulların çatdırılma qiymətini 10 dəfə azaldacaq.