Gücləndirilmiş mühafizə sisteminə malik smartfon nümayiş olunub

13 Oktyabr 2015 - 10:35 | Maraqlı məlumatlar
Gücləndirilmiş mühafizə sisteminə malik smartfon nümayiş olunub

Fransanın “Archos” startapı informasiya təhlükəsizliyi sahəsində çalışan İT-ekspertlərlə əməkdaşlıq çərçivəsində gücləndirilmiş mühafizə sisteminə malik “GranitePhone” smartfonunu hazırlayıb.

Qurğu 5 düymlük Full HD ekran, 2 Gb əməli yaddaş, 16 Gb tutuma malik fləş daşıyıcı, “Qualcomm Snapdragon 615” çipseti, 2700 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfonun əsas və ön kameralarının təsvir ölçüsü 16 və 8 meqapikseldir.

“Archos” şirkətindən bildirilib ki, smartfonun əsas özəlliyi “Granite OS” əməliyyat sistemidir. Qurğunun mühafizə sistemi “bulud”da saxlanılan istənilən faylı şifrələyir. “Sikur” tərəfdaş şirkətinin hazırladığı proqram vasitəsilə məlumatlara giriş əldə etmək mümkündür.

“GranitePhone” ilk növbədə korporativ sektor üçün nəzərdə tutulub. Qurğunun dəyəri 850 ABŞ dolları təşkil edir.

vesti.ru