Bu barədə şöbə müdiri Səyyar Abdullayev Elmi şuranın iclasında şöbədə cari ildə görüləcək işlərlə bağlı çıxışı zamanı məlumat verib.
Bildirib ki, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin toplanması zamanı bu sahəyə aid jurnal, konfrans materialları ilə yanaşı, EBSCO ebooks, ACM DL, IEEE CS DL, Springer Link, Web of Knowledge kimi elektron kitabxanalardan istifadə də nəzərdə tutulur.
S.Abdullayev şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, tanınmış elmi jurnallarda məqalələrinin dərci, elmi-praktiki nəticələrinin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görüləcək işləri də diqqətə çatdırıb.
Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialnın gücləndirilməsi də 2014-cü ildə qarşıya qoyulan əsas hədəflərdəndir.
Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə olunub, suallar cavablandırılıb.