Smartfonlar üçün yığcam 3D-printer hazırlanıb

08 Oktyabr 2015 - 09:35 | Texnoloji yeniliklər
Smartfonlar üçün yığcam 3D-printer hazırlanıb

İtaliyanın “Solido3D” şirkəti Nyu-Yorkda keçirilən “Maker Faire” sərgisində adi smartfonu portativ 3D-printerə çevirməyə imkan verən “OLO” adlı qurğusunu nümayiş etdirib.

Yeni üçölçülü printer adi batareya (AA) ilə qidalanır ki, bu da təxminən 100 çap prosesi üçün kifayət edir. Qurğu 76x127x50 mm ölçülü obyektləri çap etməyə imkan verir. Obyektlərin bərkidilməsi üçün ağ işığa həssas fotopolimer lazeri əvəzinə telefon ekranının işığından istifadə olunur. Çap prosesi iOS, Android və Windows mobil əməliyyat sistemləri üçün hazırlanmış proqram vasitəsilə idarə olunur. Tezliklə satışa çıxarılacaq 3D-printerin ilkin qiyməti 99 dollar təşkil edəcək.

Qeyd edək ki, “OLO” yüksək səviyyəli 3D-printerlərə alternativ kimi təklif olunmur.

hitech.newsru.com