Robota bənzər smartfon təqdim edilib

06 Oktyabr 2015 - 15:00 | Texnoloji yeniliklər
Robota bənzər smartfon təqdim edilib

“Sharp” şirkəti robot şəklində hazırlanmış “RoBoHoN” smartfonunu təqdim edib. Robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir. Lakin bu göstəricilər smartfona uyğun hesab olunmur. Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensor displey isə kürəyində yerləşir.

gazeta.ru saytının məlumatına görə, qurğu “3G” və “LTE” standartlarını dəstəkləyir, eləcə də “Wi-Fi” şəbəkəsinə qoşulmağa imkan verir. “RoBoHoN” ikinüvəli “Qualcomm Snapdragon 400 MSM8926” prosessoru ilə idarə olunur.

Telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon, həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.