Doktorant və dissertantların attestasiyasının nəticələri açıqlandı

22 Sentyabr 2015 - 09:26 | Konfranslar, İclaslar
Doktorant və dissertantların attestasiyasının nəticələri açıqlandı

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların 2014-cü il üzrə attestasiyasının nəticələri haqqında məlumat verib.

Elmi Şuranın iclasında çıxış edən şöbə müdiri cari ilin iyun-iyul aylarında doktorant və dissertantların attestasiyasının keçirildiyini bildirib. Onun sözlərinə görə, fəlsəfə doktoru proqramı üzrə 12 nəfər (4 doktorant, 8 dissertant), elmlər doktoru proqramı üzrə isə 5 nəfər doktorant attestasiya edilib.

İclasda dissertasiya işlərində qoyulmuş məsələlərə dair hərtərəfli tədqiqatların aparılmasının, dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi qeyd olunub. Elmi məqalələrin beynəlxalq bazalara daxil edilmiş jurnallarda dərcinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.